AGZ şirkəti GEZE GmbH (Almaniya)-nın rəsmi partnyorudur və eyni zamanda Novoferm GmbH (Almaniya) şirkətinin rəsmi distribyutorudur.

GEZE GmbH 1863-cü ildə Almaniyanın Ştutqard şəhərində təsis edilib. Bu gün GEZE – qapı və pəncərə avtomatlaşdırılması, aksesuarlar, eləcə də təhlükəsizlik sistemlərinin istehsalı üzrə dünya lideridir. Şirkətin inkişafının əsas istiqamətləri aşağıdakılardır:

  1. Avtomatik qapı (sürməli, qatlama, fırlanan avtomatik qapılar)
  2. Geniş istifadə əhatəli və dizayn üslubuna uyğun olan qapı bağlayıcıları
  3. Avtomatik pəncərə sistemləri (hidravlik, zəncirvari pəncərə bağlayıcıları)
  4. Təbii havalandırma və tüstüsovurma üçün nəzarət sistemi
  5. Təhlükəsizlik sistemi (elektromexanik və elektromagnit kilidlər, keçid-nəzarət və  həyəcan/təxliyə sistemləri və s.)

1955-ci ildə təsis olunmuş Novoferm GmbH şirkəti Avropada sənaye, qaraj qapıları, çərçivələr və operatorların aparıcı sistem tədarükçülərindən biridir. Şəxsi, ticari və sənaye tətbiqetmələri üçün geniş məhsul çeşidi təqdim edir. Novoferm tərəfindən təklif olunan avtomatik qapılar həm yeni bina layihələri üçün, həm də köhnəlmiş qaraj qapılarını əvəz etmək üçün bir alternativdir.

  1. Qaraj qapıları (ev və yaşayış kompleksləri üçün)
  2. Qapılar və qapı çərçivələri (yanğına davamlı, güllə keçirməz və zərbəyə dayanıqlı, səskeçirməyən, daxili və texniki qapılar)
  3. Hər növ sənaye qapıları (jalüz, seksiyalı, PVC örtüklü sürətli qapılar və s.)
  4. Yükləmə texnologiyası (rampa, qapı hermetizatorları, və s)

   Missiyamız

Etibarlı bir gələcək yaratmaq üçün əlimizdən gələni etmək bizim missiyamızdı. Gündən günə, quraşdırma sonrası quraşdırma, yenilikdən sonra yenilik. Səmərəli və rahat infrastrukturları yaratmaq üçün təhlükəsizlik və nəzarət keçid sistemlərinin intellektual həlləri bunu açıq sübut edir. Bu sizə təhlükəsizlik və etibarlıq hissi yaradan amildir.

   Bizim Dəyərlər

Müştəri ilk növbədə
Etdiklərimiz hər zaman müştərilərimizin, tərəfdaşlarımızın və istifadəçilərimizin ehtiyaclarına yönəldilir.

İcra etmə
Yüksək təhlükəsizlik, keyfiyyət və etibarlılıq standartlarını təyin etmək üçün əlimizdən gələni edirik.

Güvən
Etibar bizim əsas korporativ dəyərimizdir